Dəniz dibində içində xəzinə olan gəmi tapılıb

Dəniz dibində içində xəzinə olan gəmi tapılıb
# 27 yanvar 2009 10:02 (UTC +04:00)
Bakı – APA. Cənubi Amerikada, Qayana sahilləri yaxınlığında 1942-ci ildə alman sualtı qayığı tərəfindən batırılmış Böyük Britaniya yük gəmisi tapılıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dənizin dibindəki gəmini sualtı axtarışlar və batmış gəmilərin qiymətli qalıqlarını su üzünə çıxarmaq üzrə ixtisaslaşmış ABŞ şirkəti – “Su Sea Research” aşkarlayıb. Gəminin içində çox qiymətli xəzinə - 2,6 milyard funt-sterlinq dəyərində qızıl, platin və almaz olduğu müəyyənləşdirilib. Bu, batan xəzinələrin axtarışı tarixində ən böyük tapıntıdır. Gəminin adı və aşkarlandığı konkret yer açıqlanmır. Gəmi şərti olaraq “Mavi baron” adlandırılıb.
Rusiyadakı “Morskoy bülleten - Sovfraxt” internet-nəşrinin baş redaktoru Mixail Voytenko bildirib ki, tapılan xəzinənin önəmli hissəsi SSRİ-yə məxsus ola bilər: “Bu fantastik xəzinənin böyük hissəsi Sovet İttifaqına məxsusdur və ya məxsus olub. Qalanı isə Britaniyanındır. Məlumdur ki, SSRİ və Britaniya “Lend-liz” qanunu üzrə ABŞ-dan alınan yardımların əvəzinə bu ölkəyə qiymətli əşyalar, ləl-cəvahirat göndəriblər”.
Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı ABŞ “Lend-liz” proqramı əsasında öz müttəfiqlərinə döyüş sursatı, texnika və neft məhsulları göndərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR