ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru istefaya göndərilib

Vaşinqton-APA. ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Makkonnell tutduğu postdan istefa verib. APA-nın məlumatına görə, Maykl Makkonnell istefa ərizəsində rəhbərlik etdiyi müddətdə gördüyü işləri sadalayıb, lakin istefasının səbəbini göstərməyib. ABŞ mətbuatı Makkonnellin yeni prezident Barak Obamanın təkidi ilə istefa verdiyini yazır. Hazırda ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini müvəqqəti olaraq general-leytenant Ronald Bercess icra edir. Senat bu şəxsin Pentaqonun kəşfiyyat idarəsinin rəhbəri postuna namizədliyinin təsdiqləyib. Barak Obama Milli Kəşfiyyat İdarəsinin yeni direktoru vəzifəsinə istefada olan admiral Dennis Bleri təyin etmək niyyətində olduğunu açıqlayıb. Yaxın zamanlarda Barak Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərini də dəyişdirəcəyi gözlənilir. Maykl Xeydeni bu postda Klinton administrasiyasının sabiq rəhbəri Leon Panetta əvəzləyəcək.
Amerika

G7 qlobal qida təhlükəsizliyi üçün əlavə 4,5 mlrd. dollar ayıracaq

Ağ Ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqləyib

“Tarixin sonu” kitabının müəllifi Fukuyamanın Rusiyaya girişi qadağan edilib
