İşdən çıxarılan amerikalı həyat yoldaşı və 5 uşağını öldürdükdən sonra intihar edib

İşdən çıxarılan amerikalı həyat yoldaşı və 5 uşağını öldürdükdən sonra intihar edib
# 28 yanvar 2009 08:13 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Uilminqton şəhərində iş yerini itirən ailə başçısı həyat yoldaşı və 5 uşağını güllələdikdən sonra intihar edib. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, yerli klinikada çalışan Ervin Antonio Lupo və həyat yoldaşı Ana ixtisara düşüblər. Onlar həmkarlar təşkilatı vasitəsilə işə bərpa olunmaq istəsələr də, buna nail ola bilməyiblər. E. A. Lupo dəhşətli planını həyata keçirməzdən əvvəl yerli telekanala məktub göndərib. Məktubda ailəsinin durumundan bəhs edən E. A. Lupo yazısını belə tamamlayıb: “Uşaqları nə üçün tanımadığım insanlara verməliyik?!” Məktubu alan telekanal dərhal polisə xəbər verib. Polis göstərilən ünvana getdikdə 8 yaşlı qız uşağı, 5 yaşlı əkiz qızlar, 2 yaşlı əkiz oğlanlar, eləcə də Lupo və həyat yoldaşının cəsədləri ilə qarşılaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR