ABŞ Milli Kəşfiyyat İdarəsinə yeni rəhbər təyin olunub

ABŞ Milli Kəşfiyyat İdarəsinə yeni rəhbər təyin olunub
# 29 yanvar 2009 07:54 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ Senatı prezident Obamanın ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri postuna irəli sürdüyü Dennis Blerin namizədliyini təsdiqləyib. APA-nın məlumatına görə, Dennis Bler bu postda dünən istefa vermiş Maykl Makkonnelli əvəzləyəcək. Blerin rəhbərlik edəcəyi Milli Kəşfiyyat İdarəsi özündə 16 kəşfiyyat qurumunu birləşdirir və 50 milyard dollarlıq büdcəyə malikdir. Qeyd edək ki, Dennis Bler istefada olan admiraldır. 34 il hərbi donanmada xidmət edən Bler bir müddət ABŞ-ın Sakit Okean Silahlı Qüvvələrinin komandanı vəzifəsini də icra edib. Çin üzrə mütəxəssis sayılan Dennis Bler həmçinin Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Silahlı Qüvvələrə yardımın əlaqələndirilməsi üzrə müavini vəzifəsində də çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR