Barak Obamanın iş vərdişləri Ağ Ev sakinlərini şoka salıb

Barak Obamanın iş vərdişləri Ağ Ev sakinlərini şoka salıb
# 30 yanvar 2009 10:39 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Barak Obamanın iş vərdişləri uzun illər Ağ Evdə çalışan şəxsləri şoka salıb. APA-nın məlumatına görə, Barak Obama işə öz sələflərindən iki saat gec başlayır, toplantılar zamanı pencəyini çıxarır, tez-tez əməkdaşlarının iş otaqlarına daxil olur.

Səhər yuxudan 06.45 də oyanan Barak Obama Corc Buşdan fərqli olaraq dərhal ofisə getmir. O, trenajor zalında məşq edir, ailəsi ilə nahar süfrəsi arxasına əyləşir, qızlarına məktəbə getmək üçün hazırlaşmaqda köməyini əsirgəmir. Yalnız bundan sonra, təxminən 09.30 radələrində Obama Oval kabinetə daxil olur. Corc Buşun vaxtında bütün toplantılar konkret vaxtda başlayıb və sona çatsa da, Obamanın toplantıları vaxtında başlayır, lakin çox gec başa çatır. Ağ Ev sakinlərini şoka salan əsas məqamlardan biri prezidentin iclaslarda pencəyini çıxarması və əməkdaşlarına da eyni şeyi etməyə icazə verməsidir.

Bundan başqa prezidentin əməkdaşlara sərbəst geyimdə gəzməyə icazə verməsi də hamını təəccübləndirib. Barak Obamanın Corc Buşdan digər fərqi əməkdaşlarla münasibətlərin qurulmasındadır. Corc Buş köməkçiləri ilə danışmaq istəyən zaman onları kabinetinə çağırırdısa, Barak Obama özü köməkçilərin kabinetinə gedir. Bir müddət əvvəl qəflətən mətbuat katibi Robert Qibbsin otağına girən prezidentin onun ayaqlarını masanın üzərinə qoyduğunu görüb və deyib: “Qibbs, siz bura yeni gəlmisiniz, amma artıq ayaqlarınız göydədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR