ABŞ Senatı Meksika ilə sərhəddə divar tikintisi üçün 3 milyard dollar ayırıb

ABŞ Senatı Meksika ilə sərhəddə divar tikintisi üçün 3 milyard dollar ayırıb
# 04 oktyabr 2007 09:48 (UTC +04:00)
ABŞ Senatı Meksika ilə sərhəddə divar hörülməsi üçün 3 milyard dollar ayırıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qanun layihəsinin lehinə 95, əleyhinə isə 1 senator səs verib. ABŞ Meksikadan qeyri-leqal immiqrantların ölkəyə keçməsini əngəlləmək məqsədilə 1125 km uzunluğunda divar tikməyi planlaşdırır. Tikinti bu ilin fevralında cənubi Arizonada başlanıb. Divarın inşası ilə yanaşı, sərhəd xidmətləri üçün əlavə 1,5 min əməkdaşın cəlb olunması və qeyri-leqal immiqrantların saxlanıldığı mərkəzlərdə 6-7 min yer yaradılması da qərara alınıb. Meksika isə ABŞ-ın təşəbbüsünə qarşı çıxır. Bu ölkənin prezidenti Visente Foks həmin divarı Berlin divarı ilə müqayisə edərək bildirib ki, bu, ABŞ-da qeyri-leqal immiqrantlarla bağlı problemi həll etməyəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR