ABŞ-da arxeoloji qazıntılar zamanı 800 dişi olan dinozavrın qalıqları tapılıb

ABŞ-da arxeoloji qazıntılar zamanı 800 dişi olan dinozavrın qalıqları tapılıb
# 04 oktyabr 2007 11:34 (UTC +04:00)
ABŞ-da 800 dişi olan dinozavrın qalıqları tapılıb. APA-nın məlumatına görə, qədim heyvan qalıqları arxeoloqların Yuta ştatında apardığı qazıntılar zamanı aşkarlanıb. 9 metr uzunluğu olan dinozavrın 75 milyon il əvvəl yaşadığı ehtimal olunur. Dəhşətli görkəminə baxmayaraq dinozavr yalnız bitkilərlə qidalanıb. Alimlərin fikrincə, bu qədər dişi olan dinozavrın qidalanmaqla bağlı problemi ola bilməz. Çünki o, istənilən bitkini yemək üçün müvafiq diş strukturuna sahibdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR