ABŞ-da 63 yaşlı silahlı təqaüdçü hüquq məsləhətxanasında vəkilləri girov götürüb

ABŞ-da 63 yaşlı silahlı təqaüdçü hüquq məsləhətxanasında vəkilləri girov götürüb
# 05 oktyabr 2007 08:05 (UTC +04:00)
Luiziana ştatında silahlı şəxs hüquq məsləhətxanasına daxil olaraq pərakəndə atəş açmağa başlayıb. APA-nın məlumatına görə, atəş nəticəsində minimum 5 nəfər yaralanıb. Artıq 8 saatdan artıqdır ki, məsləhətxananın yerləşdiyi binada barrikada quran 63 yaşlı Con Eşli binanı mühasirəyə alan polislərlə atışmaqda davam edir. Polislər 3 yaralını binadan çıxarmağa müvəffəq olsalar da, iki yaralı hələ də binada qalmaqdadır. Polis binada qalan yaralıların artıq öldüyünü güman edir, lakin binaya girmək mümkün olmadığına görə, faktı təsdiqləmək mümkün olmayıb. Məsləhətxana əməkdaşlarını girov saxlayan şəxsi gözyaşardıcı qazla zərərsizləşdirmək cəhdi də nəticə verməyib. İlkin məlumata görə, atəş açan şəxs təqaüdlə bağlı problemlərini həll etmək üçün kömək istədiyi məsləhətxanadan müvafiq yardım ala bilmədiyinə görə bu addımı atıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR