Daniel Frid: “Raket hücumundan müdafiəyə dair ABŞ və NATO proqramlarında Rusiyanın iştirakı mümkündür”

Daniel Frid: “Raket hücumundan müdafiəyə dair ABŞ və NATO proqramlarında Rusiyanın iştirakı mümkündür”
# 08 oktyabr 2007 08:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Daniel Frid verib. O, Moskvanın Qəbələ RLS-lə bağlı mövqeyinin raket hücumundan müdafiə sahəsində strateji əməkdaşlıq üçün imkanlar yaratdığını vurğulayıb. Daniel Frid Moskvada “2+2” formatında keçiriləcək görüşün əsas müzakirə mövzularından birinin məhz bu məsələ olacağını vurğulayıb: “Biz ruslara bildirdik ki, Qəbələ radiolokasiya stansiyası ilə bağlı təklif raket hücumundan müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə imkan verir. Biz məsələni bu şəkildə qoymaq istəyirik ki, NATO-nun nə etdiyi, ABŞ, Polşa və Çexiyanın nə edə biləcəyi, Rusiyanın nə təklif edəcəyi açıq şəkildə bəlli olsun. Bununla bərabər qeyd etmək istəyirəm ki, ABŞ Polşa və Çexiyada raket hücumundan müdafiə sisteminin quraşdırılması fikrindən əl çəkməyib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR