ABŞ-da bir polis 6 nəfəri öldürüb

ABŞ-da bir polis 6 nəfəri öldürüb
# 08 oktyabr 2007 09:04 (UTC +04:00)
ABŞ-ın Viskonsin ştatının Krendon şəhərində bir polis işçisi odlu silahdan atəş açaraq 6 nəfəri öldürüb, 7 nəfəri isə yaralayıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, olay yerinə gələn polislər cinayətkarı güllələyib. Ölənlərdən biri 14 yaşlı qız uşağıdır. Qatilin şəxsiyyəti tezliklə müəyyənləşdirilib. Bu, 20 yaşlı Tayler Petersondur. O, yerli şerifin müavinidir və polisdə yarımştat işləyir. Cinayətin motivi bilinməsə də, T. Petersonun hadisəni qısqanclıq zəminində törətdiyi güman olunur. Ölənlər onunla eyni məktəbdə təhsil alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR