Riçard Luqar: “Kondoliza Raysın Rusiyaya səfəri ortaq məxrəcə gəlmək üçün son şansdır”

Riçard Luqar: “Kondoliza Raysın Rusiyaya səfəri ortaq məxrəcə gəlmək üçün son şansdır”
# 09 oktyabr 2007 08:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri, respublikaçı-senator Riçard Luqar çıxış edib. O, Vaşinqtonla Moskva arasında bir çox məsələlərdə fikir ayrılığı olmasına baxmayaraq, əməkdaşlığın vacibliyini vurğulayıb. Riçard Luqar bu bəyanatla ABŞ müdafiə naziri Robert Qeyts və dövlət katibi Kondoliza Raysın Moskvaya səfəri ərəfəsində çıxış edib: “Bu səfər ümumi dil tapmaq üçün son və ən yaxşı imkandır. İranın nüvə problemi ətrafında fikir ayrılığına baxmayaraq, Avropada raket hücumundan müdafiə sistemi və Kosovonun statusu məsələsində razılaşmaq imkanı hələ də mümkündür. Bunun üçün bir şey lazımdır sıx əməkdaşlıq etmək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR