ABŞ-da məktəbdən qovulan şagird müəllimlərini və sinif yoldaşlarını güllələyib

APA-nın məlumatına görə, iki tapança ilə məktəbə gələn şagird sinfə daxil olaraq xaotik atəş açmağa başlayıb. 8 atəşlə iki müəllimini və iki sinif yoldaşını yaralayan Asa Kun daha sonra intihar edib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onların vəziyyəti normaldır. Bu, bir həftə ərzində ABŞ-da gənclərin güllələnməsinə dair ikinci faktdır. Oktyabrın 8-də Viskonsin ştatının Krendon şəhərində polis rəisinin 20 yaşlı müavini Tayler Piterson şəxsi evlərin birində ad günü keçirən 7 yeniyetməni güllələyib. Polisə təslim olmaq istəməyən Pitersonu yalnız snayper atəşi ilə zərərsizləşdirmək mümkün olub. /APA/
Amerika

İlon Mask “Mançester Yunayted” klubunu almayacağını deyib - YENİLƏNİB

Yeni Zelandiya AUKUS-a qoşulmaq istəmədiyini bildirib

Baydenin həyat yoldaşı COVID-19-a yoluxub
