40 yaşlı braziliyalı qadın 18-ci uşağını dünyaya gətirib

40 yaşlı braziliyalı qadın 18-ci uşağını dünyaya gətirib
# 11 oktyabr 2007 10:18 (UTC +04:00)
Braziliya vətəndaşı, 40 yaşlı Klaudia Mariya da Silva 18-ci uşağını dünyaya gətirib. APA-nın məlumatına görə, braziliyalı qadın ilk dəfə 11 yaşında ana olub. 40 yaşına qədər 27 dəfə hamilə olan qadın 9 dəfə abort üsuluna əl atıb. Hazırda övladlarından yalnız üçü anası ilə birlikdə yaşayır. Maraqlıdır ki, 40 yaşlı işsiz qadının dünyaya gətirdiyi 18-ci övladının atasının cəmi 15 yaşı var. O, qəhrəman ananın kiçik oğullarından birinin dostudur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR