Azərbaycanın Lon-Ancelesdə baş konsulluğunun əməkdaşları qubernator Arnold Şvartseneqqerin təşkil etdiyi ziyafətdə iştirak ediblər

Azərbaycanın Lon-Ancelesdə baş konsulluğunun əməkdaşları qubernator Arnold Şvartseneqqerin təşkil etdiyi ziyafətdə iştirak ediblər
# 12 oktyabr 2007 07:07 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Kaliforniya qubernatoru tədbirə həyat yoldaşı Mariya Şriver ilə birgə qatılıb. Tədbirdə çıxış edən qubernator Kaliforniya ştatında həyata keçirilən səhiyyə islahatları, ştatın xarici ticarət siyasətinin uğurla həyata keçirilməsi və Kaliforniyada yaşayan müxtəlif millətlərin nümayəndələri üçün yaradılmış şərait və imkanlar barədə danışıb. Azərbaycanı ziyafət qəbulunda baş konsulluğun vitse-konsulu Elman Abdullayev və baş konsulluğun əməkdaşı Lalə Əbdürrəhimova təmsil ediblər. Baş konsulluğun əməkdaşları qubernatora Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin kitabını hədiyyə edib və rəssamın ailəsi adından Ədalət Əliyevin xoş sözlərini qubernatora çatdırıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR