Daha 7 konqresmen qondarma “erməni soyqırımı” haqqında qanun layihəsini dəstəkləməkdən imtina edib

Daha 7 konqresmen qondarma “erməni soyqırımı” haqqında qanun layihəsini dəstəkləməkdən imtina edib
# 16 oktyabr 2007 08:33 (UTC +04:00)
Amerika Türk Assosiasiyaları Assambleyasından APA-nın ABŞ bürosuna verilən məlumata görə, hazırda konqresmenlər arasında bu istiqamətdə maarifləndirmə işi davam edir. Qeyd edək ki, ABŞ Konqresinin aşağı palatasının xarici əlaqələr komitəsi “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsini qəbul edib. Səsvermə zamanı 27 konqresmen layihənin lehinə, 21 nəfər isə əleyhinə səs verib. Qanun layihəsi yaxın 1 ay ərzində Konqresin aşağı palatasında səsverməyə çıxarılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR