Konqresin alt komitələrinə rəhbərlik edən demokratlar qondarma “erməni soyqırımı” layihəsinin səsverməyə çıxarılmamasını tələb edirlər

Konqresin alt komitələrinə rəhbərlik edən demokratlar qondarma “erməni soyqırımı” layihəsinin səsverməyə çıxarılmamasını tələb edirlər
# 17 oktyabr 2007 08:58 (UTC +04:00)
Amerika Türk Assosiasiyaları Assambleyasından APA-nın ABŞ bürosuna verilən məlumata görə, Nensi Pelosiyə müraciət edən demokratlar həm partiyada, həm də Konqresdə xüsusi çəkiyə malikdir. Müraciəti imzalayanlar Nümayəndələr Palatasının Təhlükəsizlik və Avropada Əməkdaşlıq Komissiyasının sədri Alsi Hastinqs, Müdafiə Məsələləri alt komitəsinin sədri Con Tanner, Nümayəndələr Palatasının NATO Parlament Assambleyasında alt komitəsinin sədri Rebort Veksler və Avropa məsələləri üzrə alt komitənin sədri Stefan Kohendır. Qeyd olunan şəxslər bu gün Konqresdə öz mövqelərinə aydınlıq gətirmək üçün geniş mətbuat konfransı keçirəcəklər. Qeyd edək ki, qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinin dəstəkləyəcəyini bəyan edən konqresmenlərdən 17 nəfəri artıq öz imzasından rəsmən imtina edib. Hazırda Konqresin aşağı palatasında bu layihəni dəstəkləməklə israrlı olan 216 konqresmen var ki, onların səsi qanun layihəsinin qəbulu üçün yetərli deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR