ABŞ Konqresinin daha 4 üzvü qondarma “erməni soyqırımı” haqqında layihəni dəstəkləməkdən imtina edib

ABŞ Konqresinin daha 4 üzvü qondarma “erməni soyqırımı” haqqında layihəni dəstəkləməkdən imtina edib
# 17 oktyabr 2007 09:33 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Mike Ross (Arkanzas), Jon Murtha (Pensilvaniya), Ceyn Harman (Kaliforniya) və Douq Lamborndun (Kolorado) Konqresdə səsverməyə çıxarılması gözlənilən qondarma “erməni soyqırımı” haqqında qanun layihəsini dəstəkləməyəcəklərini bəyan ediblər. Artıq erməni lobbisinin Konqresdə olan təmsilçiləri qanun layihəsinə nə qədər konqresmenin səs verəcəyini bilmədiklərini etiraf ediblər. Qeyd edək ki, qanun layihəsi Nümayəndələr Palatasının alt komitəsində səsverməyə çıxarılmazdan öncə 226 konqresmen bu layihəni dəstəkləyəcəyini bəyan etmişdi. Sonradan ABŞ administrasiyasının, türk və Azərbaycan diaspora qurumlarının, yəhudi lobbisinin apardığı iş nəticəsində konqresmenlərdən bir qismi layihəni dəstəkləməkdən imtina ediblər. Hazırda səsverməyə çıxarılacağı təqdirdə Konqresin təxminən 208 üzvünün bu qanun layihəsinə dəstək verəcəyi güman olunur. Qanun layihəsinin qəbulu üçün Konqresin 435 üzvünün əksəriyyətinin, yəni, ən azı 218 nəfərin sənədin lehinə səsverməsi lazımdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR