ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer: “Rusiya xarici siyasətdə kart deyil, şahmat oynayır”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer: “Rusiya xarici siyasətdə kart deyil, şahmat oynayır”
# 19 oktyabr 2007 09:16 (UTC +04:00)
Bu fikirlər ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerə məxsusdur. APA-nın “RİA Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, Henri Kissincer iki ölkə arasında ziddiyyətlərdən qorxmaq lazım olmadığını deyib: “Əgər siz məsələni sensasiya dalınca qaçan qəzet səhifələrini vərəqləmədən dəyərləndirsəniz, görəcəksiniz ki, söhbət iki tərəf arasında konstruktiv dialoqun başlanmasından gedir . Müəyyən gərginliyə baxmayaraq ABŞ və Rusiya qarşıdurmanın deyil, yeni əməkdaşlıq mərhələsi ərəfəsindədir. Rusiya xarici siyasətdə kart deyil, şahmat oynayır. Bu ölkə bütün məsələlərə strateji nöqteyi-nəzərdən yanaşır, biz isə bu məsələləri hansısa kiçik epizod kimi dəyərləndiririk. İndiki Rusiyada əvvəllər olduğu kimi uzunmüddətli hədəfə yönəlik siyasət yürütmək mümkündür”. Təcrübəli siyasətçi bildirib ki, hər iki ölkənin öz milli komplekslərinin olması onların bir-birini başa düşməsinə imkan vermir: “ABŞ-ın milli kompleksi ötən əsrin 70-80-ci illərində formalaşıb və ölkədə “təkbaşına bütün dünyanın taleyini həll etmək” əhval-ruhiyyəsi hələ qalır. Rusiya isə SSRİ-nin dağılmasından sonra məğlub tərəf əhval-ruhiyyəsindədir”. Henri Kissincer ABŞ-ın bir çox sahələrdə, o cümlədən Kosovo problemi, Ukrayna və Şərqi Avropada raket hücumundan müdafiə kompleksi quraşdırmaq məsələlərində ciddi səhvlərə yol verdiyini deyib: “Bunlar ABŞ-Rusiya gərginliyinin təməl daşlarıdır. ABŞ-ı Rusiyanın İran məsələsində tutduğu mövqe qıcıqlandırır, lakin məncə, Moskva da nüvə klubu üzvlərinin sayının artmasında maraqlı deyil. Rusiya qərb sərhədləri I Pyotr dövründəki ərazilərə kimi kiçiltməklə bu ölkə geosiyasət baxımından 300 il geri düşüb. Bu baxımdan Moskvanın öz sərhədləri yaxınlığında baş verən proseslərə emosional reaksiya verməsi başadüşüləndir. Buna görə də Ukraynanı yaxın zamanlarda NATO sıralarına qəbul etmək olmaz, digər tərəfdən bu ölkəyə Rusiyanın satelliti kimi baxmaq da yanlışlıqdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR