Robert Geyts: “Türkiyənin İraqda hərbi əməliyyat keçirməsi beynəlxalq böhrana səbəb ola bilər”

“Türkiyənin İraq Kürdüstanında hərbi əməliyyat keçirməsi beynəlxalq böhrana səbəb ola və İraqdakı sabitliyin daha güclü şəkildə pozulmasına səbəb ola bilər”. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu bəyanatla ABŞ-ın müdafiə naziri Robert Geyts çıxış edib. O, İraqdan keçən terrorçuların Türkiyəyə verdiyi zərərləri anladıqlarını, PKK-nın bu fəaliyyətini dayandırmaq üçün Türkiyə və İraq hökumətləri ilə çalışdıqlarını bildirib: “Bununla yanaşı, biz Türkiyəni hərbi əməliyyatlardan çəkinməyə çağırırıq”. Gələn həftə Avropada Türkiyənin müdafiə naziri ilə görüşünün nəzərdə tutulduğunu söyləyən R. Geyts yaranmış vəziyyəti həmkarı ilə müzakirə edəcəyini açıqlayıb. /APA/
Amerika

BMT Əfqanıstanda 250-dən insanın ölümünə səbəb olan partlayışlardan narahatdır

ABŞ-da iki təyyarə toqquşub, ölənlər var

ABŞ Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırmağa hazırlaşır
