Corc Buş Kaliforniyada fövqəladə vəziyyət elan edib

Corc Buş Kaliforniyada fövqəladə vəziyyət elan edib
# 23 oktyabr 2007 13:56 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, prezidenti bu addımı atmağa ştatda meşə yanğınlarının davam etməsi sövq edib. Belə ki, yanğınlar nəticəsində artıq 250 min insan evakuasiya edilib. Yanğını nəzarət altına almaq mümkün olmur. Sürətlə yayılan alovlar Los-Anceles yaxınlığındakı Leyk-Errouxed kurort mərkəzində 128 evi məhv edib. San-Diyeqoda isə azı 600 ev və müəssisə yanıb. Onlarla yaşayış məntəqəsi, o cümlədən dünya şöhrətli Malibu kurortu təhlükə altında qalıb. Fövqəladə vəziyyət rejiminin elan olunması fövqəladə hallar üzrə federal agentliyə fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün səyləri koordinasiya etmək hüququ verir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR