Kaliforniyanın cənubunda tüğyan edən yanğınlardan zərərçəkənlər arasında azərbaycanlı yoxdur

Kaliforniyanın cənubunda tüğyan edən yanğınlardan zərərçəkənlər arasında azərbaycanlı yoxdur
# 25 oktyabr 2007 09:23 (UTC +04:00)
Son 4 gün ərzində Kaliforniyanın cənubunda tüğyan edən yanğınların qəsdən törədilməsi ehtimal olunur. Bu ehtimal barəsində Federal Təhlükəsizlik Bürosu bəyanat yayıb. Ştatın qubernatoru Arnold Şvartsenegger əhaliyə müraciət edərək yanğınların törədilməsi və ya törədən şəxslər barədə məlumat olan vətəndaşlara 50 min dollar mükafat söz verib. Daha 70 min dolları ölkənin hüquq-mühafizə orqanları təqdim etməyə hazırdır. Yerli polis xəbər verir ki, Meksika ilə sərhəddə yerləşən San Dieqo şəhərində bir vətəndaş od salmaq istəyərkən həbs olunub. Onun dindirilməsi keçirilir.
Son 4 gün ərzində yalnız bu gün axsam yerli vaxtla saat 4:00 radələrində yanğınların qarşısını almaq üçün münbit şərait yaranıb. Belə ki, küləyin sürəti və temperatur dərəcəsi aşağı düşüb. Ərazidə hava temperaturu bu dəqiqə 24 dərəcədir, küləyin sürəti isə saatda 60 kilometrə enib. Bir insanın həlak olması, 30 yanğın söndürən və 28 mülki şəxs yaralanması haqqında məlumat var. İndi yanğınla mübarizə əsasən San Dieqo şəhərinin 6 dairəsində aparılır. 18 yanğın ocağını söndürmək üçün 9000 yaxın yanğınsöndürən iştirak edir. Onlara köməyə aviasiya və Milli Qvardiyanın əsgərləri də cəlb olunub. Ümumiyyətlə, yarım milyon insan evakuasiya olunub. Məktəblər, bəzi dövlət idarələri, poçt xidməti bağlanılıb. Bakı vaxtı ilə bu gecə Amerika prezidenti Corc Buş əraziyə səfər edəcək. Təkcə San Dieqo şəhərində dəyən ziyan 1 milyard dollar təşkil edir. Lakin bu rəqəmin artacağı gözlənilir. Bunun səbəbi odur ki, yanğınların tüğyan etdiyi Santa Barbara, Los-Anceles, Malibu, Örvane, San Dieqo və sair şəhərlər Amerikanın ən varlı yaşayış məkanları hesab olunur. Bu günə kimi 1500 ev tamamilə yanıb. Mülkləri yananlar arasında Hollivud ulduzları Riçard Gir, Şon Pen, Barbara Strezan, Mel Gibson və sair tanınmış şəxslərin adları var.
Qeyd edək ki, Cənubi Kaliforniyada minlərlə azərbaycanlı yaşayır. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluq həmvətənlərimizin taleyi ilə yaxından maraqlanır. Konsulluqdan verilən məlumata görə, hələ ki heç bir azərbaycanlı yanğınlarda xəsarət almayıb. Konsulluğumuz bundan sonra da ərazidə baş verənləri izləməkdə davam etdirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR