Robert Qeyts: “Rusiya ilə əməkdaşlığa nail olmaq üçün hər şey etmişik, bizə yalnız Moskvanın cavabını gözləmək qalır”

Robert Qeyts: “Rusiya ilə əməkdaşlığa nail olmaq üçün hər şey etmişik, bizə yalnız Moskvanın cavabını gözləmək qalır”
# 26 oktyabr 2007 08:43 (UTC +04:00)
“ABŞ Avropada raket hücumundan müdafiə sipəri yaradılmasından Rusiya ilə əməkdaşlığa nail olmaq üçün mümkün olan hər şeyi edib”. Bu bəyanatla Praqada səfərinin başa vuran Pentaqon rəhbəri Robert Qeyts çıxış edib. O, Vaşinqtonun qarşı tərəfdən müvafiq cavab gözlədiyini deyib: “”Bizim məqsədimiz Rusiya ilə əməkdaşlıq etməkdir, Rusiyanın mövqeyi isə ABŞ-ın Polşa və Çexiyada raket hücumundan müdafiə sistemi quraşdırmasına mane olmaqdır”. Qeyd edək ki, bir nüçə gün əvvəl Robert Qeyts bəyan edib ki, Rusiya Avropada təhlükəsizlik məsələləri ilə əlaqədar ABŞ-la əməkdaşlığa razı olsa, bu ölkə Şərqi Avropada raket hücumundan müdafiə sistemi quraşdırmaqdan imtina edə bilər. Daha sonra Pentaqon rəhbəri fikirlərini korrektə edərək bildirib ki, ABŞ yalnız bir şərtlə Şərqi Avropada yeni raket sistemi quraşdırmaqdan imtina edə bilər: “Bunun üçün bizə İranın “sülh məqsədli” nüvə proqramı adı altında nüvə silahı yaratmayacağını ilə bağlı təkzibedilməz dəlillər lazımdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR