Daha 6 konqresmen uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsindəki imzasını geri götürüb

Daha 6 konqresmen uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsindəki imzasını geri götürüb
# 26 oktyabr 2007 11:04 (UTC +04:00)
ABŞ Konqresi Nümayəndələr Palatasının daha 6 üzvü uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qərar layihəsinin altındakı imzasını geri götürüb. APA-nın ABŞ bürosunun xəbərinə görə, demokrat konqresmenlər Tim Holden, Henk Conson, Harri Mitçel, Eliah Kommunqs, respublikaçı konqresmenlər Duq Lamborn və Rendi Kal mövqelərini dəyişərək layihəyə dəstək verməkdən imtina ediblər. Bununla da sənədi dəstəkləyən Nümayəndələr Palatası üzvlərinin sayı 200-ə enib. Şimali Karolinadan seçilmiş Virciniya Foks və daha 4 konqresmen isə Türkiyənin 29 oktyabr Cümhuriyyət bayramının ABŞ-da da bayram kimi qeyd olunması üçün qərar layihəsi hazırlayaraq Nümayəndələr Palatasına təqdim ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR