Konqresmen Adam Şiff: “Təəssüf ki, türk lobbisi aldığı pula layiq olduğunu göstərdi”

Konqresmen Adam Şiff: “Təəssüf ki, türk lobbisi aldığı pula layiq olduğunu göstərdi”
# 26 oktyabr 2007 12:14 (UTC +04:00)
Uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsinin müəlliflərindən biri olan konqresmen Adam Şiff Nümayəndələr Palatasında çoxluğu itirdiklərini bildirərək layihəni səsverməyə çıxarıb uduzmaqdansa, sənədi uyğun bir vaxtda yenidən gündəmə gətirməyə üstünlük verdiklərini açıqlayıb. APA-nın məlumatına görə, A. Şiff “Associated Press” agentliyinə açıqlamasında ABŞ-da Türkiyə üçün çalışan lobbi şirkətini nəzərdə tutaraq deyib: “Təəssüf ki, türk lobbisi aldığı pula layiq olduğunu göstərdi”. A. Şiff türk lobbisinin təzyiq yolu ilə apardığı kampaniyanın uğurla nəticələndiyini söyləyib: “Təəssüf ki, bizim Dövlət Departamenti də onlara yardım etdi və dəstəklədi”. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan isə Buş administrasiyasını kəskin tənqid edib. O, C. Buşun Amerikanın milli maraqlarını Amerikanın dəyərlərini qurban verərək qorumağa çalışdığını vurğulayıb.
Qeyd edək ki, tarixdə baş verməmiş “soyqırım” haqqında yalanlarla dolu olan qərar layihənin müəllifləri Adam Şiff, Frenk Pallone, Bred Şerman və Ann Eşo Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə məktub göndərərək sənədin səsverməyə çıxarılmamasını xahiş ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR