Argentina prezidenti öz kreslosunu həyat yoldaşına təhvil verəcək

Argentina prezidenti öz kreslosunu həyat yoldaşına təhvil verəcək
# 29 oktyabr 2007 10:26 (UTC +04:00)
Argentinada keçirilən prezident seçkilərində prezident Nestor Kirşnerin həyat yoldaşı Kristina Fernandes de Kirşner qalib gəlib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bülletenlərin təxminən yarısı sayıldıqdan sonra Kristina Kirşnerin 43% səs aldığı bəlli olub. Onun əsas rəqibi, “Vətəndaş koalisiyası”nın namizədi, keçmiş gözəllik kraliçası Elisa Karrio 21%, sabiq iqtisadiyyat naziri Roberto Lavanya isə 19% səs alıb. E. Karrio əvvəlcə səsvermənin nəticələrini tanımadığını və məhkəməyə müraciət edəcəyini bildirsə də, sonradan öz məğlubiyyəti ilə barışaraq rəqibini təbrik edib. K. Kirşner seçki gecəsi keçirdiyi mətbuat konfransında qələbəsini elan edərək xalqın etimadını doğrultmağa çalışacağını deyib. O, bütün siyasi qüvvələri umu-küsüləri, qarşılıqlı ittihamları bir kənara ataraq yoxsulluq və işsizliklə birgə mübarizəyə çağırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR