Beynəlxalq Atom Enerjisi Agentliyinin direktorunda İranın atom silahı yaratmağa çalışması ilə bağlı məlumat yoxdur

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktorunda İranın atom silahı yaratmağa çalışması ilə bağlı məlumat yoxdur
# 29 oktyabr 2007 10:50 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd əl-Baradei İranın atom silahı yaratmağa çalışması ilə bağlı məlumata malik olmadığını bildirib. APA-nın xəbərinə görə, M. əl-Baradei CNN-ə müsahibəsində deyib ki, beynəlxalq ictimaiyyət İranın nüvə ambisiyaları ilə bağlı problemə konfrontasiya ritorikası ilə yanaşmamalı və diplomatik vasitələrdən istifadə etməlidir.
Qeyd edək ki, bir neçə gün əvvəl Məhəmməd əl-Baradei İrana nüvə silahı yaratmaq üçün 3 ildən 8 ilə qədər vaxt lazım olduğunu bəyan etmişdi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR