Kaliforniyada zəlzələ olub

Kaliforniyada zəlzələ olub
# 31 oktyabr 2007 07:50 (UTC +04:00)
Bu gün səhər yerli vaxtla saat 08.04-də ABŞ-ın Kaliforniya ştatının şimalında yerləşən San-Xose şəhərində 5,6 bal gücündə zəlzələ olub. APA-nın Kaliforniyada olan əməkdaşı xəbər verir ki, zəlzələ San-Xose şəhəri və San-Fransiskonun ətrafında yerləşən meqapolisdə hiss edilib. Yeraltı təkanlar cəmi 10 saniyə davam edib, lakin yerli sakinlər təlaşa düşərək küçələrə çıxıblar. Qısa müddət ərzində nəqliyyatın hərəkətində və rabitə sistemində problemlər yaranıb. İnsan tələfatı qeydə alınmasa da, San-Xosedə bəzi elektrik dirəkləri aşıb. Şəhərin beynəlxalq hava limanının nəzarət qülləsinin şüşələri sınaraq yerə düşüb. Lakin bu, hava limanının fəaliyyətində hər hansı problemə səbəb olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR