ABŞ Dövlət Departamenti Polşaya 18 HIMARS sisteminin satışına razılıq verib

ABŞ Dövlət Departamenti Polşaya 18 HIMARS sisteminin satışına razılıq verib
# 08 fevral 2023 03:39 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Polşaya 10 milyard dollar dəyərində 18 ədəd HIMARS reaktiv yaylım atəş sistemləri və digər silahların mümkün satışını təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb. Agentlik hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR