ABŞ Ərdoğanın Rusiyaya səfərini şərh edib

Ərdoğan, Putin

© APA | Ərdoğan, Putin

# 27 iyul 2022 00:15 (UTC +04:00)

ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edib.

APA xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi “Zoom” vasitəsilə keçirdiyi brifinqdə məlumat verib.

“Bu səfərin qiymətləndirilməsini prezident Ərdoğana buraxırıq. Türkiyə ilə Rusiyanın ikitərəfli əlaqələri var. Türkiyə Birgə Koordinasiya Mərkəzinin həyata keçirilməsində iştirak edir”, - Kirbi bildirib.

ABŞ və Türkiyənin bir çox məsələdə əlaqədə olduğunu bildirən Kirbi İstanbulda Ukrayna taxılının ixracı ilə bağlı razılaşmanı yüksək qiymətləndirib və bu məsələdə BMT-Türkiyə münasibətlərinə diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR