ABŞ Ukraynanın enerji sisteminə 125 milyon dollar ayırıb

ABŞ Ukraynanın enerji sisteminə 125 milyon dollar ayırıb
# 19 yanvar 2023 10:20 (UTC +04:00)

ABŞ Ukraynanın enerji və elektrik sisteminin dəstəklənməsi məqsədilə 125 milyon dollar ayırdığını bəyan edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait Kiyev və ətrafında su tədarükü və istilik sisteminin saxlanılması üçün lazım olan zəruri sənaye avadanlıqlarının alınmasına sərf ediləcək.

Bəyanatda vurğulanıb ki, Rusiya milyonlarla ukraynalının işıqsız, susuz və istiliksiz qalması üçün sistemli şəkildə Ukraynanın energetika sistemini hədəfə alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR