ABŞ Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketi ayırıb - YENİLƏNİB

ABŞ Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketi ayırıb - YENİLƏNİB
# 06 yanvar 2023 22:45 (UTC +04:00)

ABŞ Ukraynaya daha 3 milyard dollarlıq hərbi yardım paketini təqdim edib.

APA-nın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

Onun sözlərinə görə, 2,8 milyard dollar dəyərində müxtəlif texniki vasitələr Pentaqonun ehtiyatlarından təqdim ediləcək.

Paketə “Bradley piyadaların döyüş maşınları (IFVs) və özüyeriyən haubitsalar daxildir.

Daha 225 milyon dollar Ukraynanın uzunmüddətli hərbi potensialının gücləndirilməsinə və silahlı qüvvələrinin modernləşdirilməsinə sərf olunacaq.

Bundan əlavə, yeni paketə Vaşinqtonun NATO-nun Şərq cinahındakı tərəfdaşlarının silahla təmin olunması üçün 682 milyon dollar da daxildir.

***

22.01

ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evdən məlumat verilib.

Yeni hərbi yardım paketinə Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün 225 milyon dollar da daxildir.

Bir müddət əvvəl “Politico” qəzeti xəbər vermişdi ki, ABŞ yeni yardım paketi çərçivəsində Ukraynaya “Sea Sparrow” zenit-raket komplekslərini təhvil verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR