ABŞ Ukraynaya indiyədək ən böyük hərbi yardım paketini ayırıb

ABŞ Ukraynaya indiyədək ən böyük hərbi yardım paketini ayırıb
# 06 yanvar 2023 00:09 (UTC +04:00)

ABŞ Ukraynaya təxminən 3 milyard dollara yaxın yardım paketi göndərəcək.

APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu yardım paketi ABŞ-ın Kiyev hakimiyyətinə indiyə qədər verdiyi ən böyük dəstəkdir.

Agentliyin məlumatına görə, bu dəstək yaza qədər Ukrayna Silahlı Qüvvələrinin maksimum dərəcədə gücləndirilməsinə yönəldiləcək.

Yeni hərbi yardım paketinin cümə günü elan ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR