ABŞ və Çin müdafiə nazirləri Ukraynada vəziyyəti müzakirə edib

Lloyd Ostin

© APA | Lloyd Ostin

# 20 aprel 2022 23:46 (UTC +04:00)

ABŞ müdafiə naziri Lloyd Ostin və Çinin milli müdafiə naziri Vey Fenxe arasında telefon danışığı olub. APA-nın BBC-yə istinadən xəbərinə görə, 45 dəqiqə davam edən söhbət zamanı regional təhlükəsizlik məsələləri, elcə də Ukraynadakı vəziyyət müzakirə edilib.

Rəsmi Pekinin məlumatına görə, Vey Fenxe öz növbəsində Tayvanla bağlı Çinin mövqeyini xatırladaraq adanın Çinin bir hissəsi olduğunu qeyd edib. Bildirib ki, məsələnin müvafiq şəkildə həll edilməməsi ABŞ-Çin münasibətlərinə zərbə vura bilər.

Qeyd edək ki, bu Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsindən sonra ABŞ və Çin müdafiə nazirləri arasında illk telefon danışığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR