Bayden və Trüdo Ukraynadakı müharibəni müzakirə edəcək

Bayden və Trüdo Ukraynadakı müharibəni müzakirə edəcək
# 23 mart 2023 07:24 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Kanadaya iki günlük səfəri zamanı baş nazir Castin Trüdo ilə Rusiya ilə hərbi münaqişədə Ukraynaya dəstəyini müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə çərşənbə günü, martın 22-də Kanada hökumətinin başçısının ofisi məlumat yayıb.
“Baş nazir Castin Trüdo və ABŞ Prezidenti Co Bayden ümumi maraq doğuran beynəlxalq məsələlərdə əməkdaşlığı davam etdirəcəklər. O cümlədən, özünü Rusiyanın təcavüzkar müharibəsindən müdafiə edən Ukraynanın sarsılmaz dəstəyini də”, - deyə mesajda deyilir.

Hər iki lider həmçinin iqlim dəyişikliyi, miqrasiya, iş yerlərinin yaradılması, iqtisadiyyatı müzakirə etmək niyyətindədir.

Səfər zamanı Baş nazir və Prezident qitə müdafiəsi sahəsində davamlı əməkdaşlığı, o cümlədən NORAD-ın Şimali Amerikanın müdafiəsində oynadığı əsas rolu vurğulayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR