Blinken Bayden-Putin görüşünün keçirilməsini mümkün sayır

Entoni Blinken

© APA | Entoni Blinken

# 21 yanvar 2022 17:57 (UTC +04:00)

"ABŞ və Rusiya prezidentlərinin görüşünə ehtiyac olarsa, biz buna hazırıq".

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Lavrovla Cenevrədə keçirdiyi görüşdən sonra mətbuat konfransında deyib.

O bildirib ki, gələn həftə ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbinə yazılı cavab verəcək.

Göndərləcək yazılı cavabdan sonra tərəflər arasında müzakirələr davam edəcək.

"İlkin olaraq bu təbii ki, XİN səviyyəsində olacaq. Bu müzakirələr səmərəli olarsa və təbii ki, danışıqların daha da irəliyə aparılması üçün prezidentlərin təmasına, görüşünə ehtiyac olarsa, mən düşünürəm ki, biz buna tamamilə hazır olacağıq. Xatırlayırsınızsa, Prezident Bayden elə Cenevrədə Vladimir Putinlə görüş keçirmişdi. Onlar arasında bir neçə dəfə videokonfrans formatında görüş olub. Əgər həm biz, həm də Rusiya tərəfi yekun olaraq bəyan edərsə ki, məsələləri həll etmək üçün ən yaxşı yol liderlər arasında danışıqların olmasıdır, təbii ki, biz buna hazır olacağıq", - ABŞ Dövlət katibi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR