Kanadanın Kvebek əyalətindəki kollecdə atışma nəticəsində yaralananların sayı artıb.
APA-nın xəbərinə görə, bu barədə CTV kanalı polisdəki mənbəyə istinadla məlumat yayıb.
İlkin məlumatda 3 nəfərin yaralandığı deyilirdi.
***
05.19
Kanadanın Kvebek əyalətində 7 min nəfərin təhsil aldığı kollecdə atışma baş verib.
APA-nın Kanada Radiosuna istinadla xəbərinə görə, hadisə nəticəsində 3 tələbə yaralanıb. Hazırda kollecdə istintaq qrupu işləyir.