Meksikada qasırğa nəticəsində 11 nəfər ölüb - FOTO - YENİLƏNİB

Meksikada qasırğa nəticəsində 11 nəfər ölüb  - FOTO   - YENİLƏNİB
# 01 iyun 2022 07:30 (UTC +04:00)

Oaxakada "Aqata" qasırğası nəticəsində azı 11 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Televisa” telekanalı regionun qubernatoru Alexandro Murata istinadən məlumat yayıb.

Səlahiyyətlilər daha 21 nəfərin itkin düşdüyünü təxmin edir.

Yağış və güclü külək Oaxaca və Veracruz ştatlarında təxminən 70 min əhalinin elektrik enerjisini kəsib.

Saat 07:00

****

Meksikada ilin ilk qasırğası baş verib.

AAP xəbər verir ki, Sakit Okeanda yaranan "Aqata" qasırğası Oaxaca ştatının San Pedro Pochutla şəhəri yaxınlığına çatıb.

Hadisə nəticəsində 4 nəfə həyatını itirib, 4 nəfərin itkin düşdüyü bildirilir.

Oaxaca ştatının hər yerində leysan yağış və saatda 205 kilometrə çatan güclü küləklə müşahidə olunur.

Şaylarda suyun səviyyəsi artdığından daşqın olub və bəzi bölgələrdə torpaq sürüşməsi baş verib.

Bəzi şəhərlərə giriş qapalıdır.

Həmçinin qasırğa zamanı bir çox ağacın aşaraq elektrik enerjisinin kəsilməsinə səbəb olduğu bildirilib.

"Aqatha"nın ölkənin cənub-şərq bölgələrində təsirini davam etdirə biləcəyi, daşqın və sürüşmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR