Pele yenidən xəstəxanaya yerləşdirilib

Əfsanəvi braziliyalı futbolçu Pele

© APA | Əfsanəvi braziliyalı futbolçu Pele

# 20 aprel 2022 01:40 (UTC +04:00)

Əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Keçmiş futbolçu bir neçə ay əvvəl kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı klinikalardan birinə yerləşdirilib.

Bundan əvvəl, 2021-ci ilin sentyabrında 81 yaşlı Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub.

Eyni zamanda bildirilir ki, hazırda əfsanəvi oyunçunun həyatı üçün heç bir təhlükə yoxdur, o, klinikada mütəxəssislərinin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR