Pelenin dəfninin yeri və vaxtı məlum olub

Pelenin dəfninin yeri və vaxtı məlum olub
# 30 dekabr 2022 07:50 (UTC +04:00)

Braziliya millisinin heyətində üçqat futbol çempionu Pelenin dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə “Santos” klubunun saytı məlumat yayıb.

Vida mərasimi yanvarın 2-də yerli vaxtla saat 10:00-da başlayaraq bir gün davam edəcək. Daha sonra dəfn mərasimi çempionun dəfn olunacağı dünyanın ən böyük şaquli qəbiristanlığında baş tutacaq.

Buradakı mərasimdə yalnız ailəsi və yaxın dostları iştirak edəcək.

Pele 19 il əvvəl bu qəbiristanlıqda yer alıb. Qəbiristanlıq 30 mərtəbəli binadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR