Reuters: Baydenin qarajında “məxfi” qrifli sənədlər tapılıb

Reuters: Baydenin qarajında “məxfi” qrifli sənədlər tapılıb
# 12 yanvar 2023 23:35 (UTC +04:00)

ABŞ prezidenti Co Baydenin hüquqşünasları onun Delaver ştatının Uilminqton şəhərindəki evinin qarajında ​​“məxfi” qrifli sənədlər tapıblar.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi ABŞ prezidentinin hüquq müşaviri Riçard Sauberə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, qaraja bitişik otaqda daha bir oxşar sənəd tapılıb. Eyni zamanda qeyd edilir ki, Bayden ailəsinin Rehobot Biç (Delaver) şəhərindəki evində heç bir məxfi material tapılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR