Monika Belluççi: “Telman İsmayılovla eşq macəramız...” – ŞOK AÇIQLAMA

# 11:25
30 oktyabr 2013

Tanınmış aktrisa Monika Belluççi Çerkizov bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovla eşq romanı yaşadığı barədə məlumatları təkzib edib. İtaliyanın Vanity Fair (Vəniti Fayə) nəşrinə müsahibə verən aktrisa bildirib ki, Telman İsmayılovla aralarında hər hansı münasibətin olmasına dair xəbərlərin heç bir əsası yoxdur. Monika Belluççi avqustda 14 illik ailə həyatına son qoyduğunu, aktyor Vensan Kasseldən ayrıldığını da deyib. O bildirib ki, ərindən ayrılmasına səbəb həyatda və peşəkar fəaliyyətdə fərqli inkişaf yolları seçmələridir. İtalyan aktrisa rejissor Emir Kusturiçi ilə eşq macərası yaşamasına dair xəbərləri də təsdiqləməyib. Belluçi bildirib ki, Emirlə onu yalnız iş münasibətləri bağlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR