Rusiyadan Azərbaycana ildə 1 MİLYARD DOLLAR PUL GÖNDƏRİLİR

# 12:32
30 oktyabr 2013

Rusiyada yaşayan soydaşlarımız ölkəyə ildə bir milyard dollar məbləğində vəsait göndərir. Bu rəqəmi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Rusiyada yaşayan həmvətənlərimizlə bağlı yaranan problemləri şərh edərkən deyib. SAM rəhbəri bildirib ki, bu məbləğ ilbəil azalır.

 

“Rusiyada olan azərbaycanlıların dəqiq sayı ətrafında spekluyasiya mövcuddur. Rəsmi statistika onu göstərir ki, 680 min Rusiya vətəndaşı Azərbaycan əsillidir. Son siyahıyaalmada bu qədər insan özünü azərbaycanlı adlandırıb. Təxminən 600 minə yaxın insan il ərzində Rusiyada işləyir, onların qazandığı pullar Azərbaycana göndərilir. Onu da deyim ki, bu məbləğ ilbəil azalır. Bir çox azərbaycanlılar Vətənə qayıdır, iş taparaq Azərbaycanda qalırlar”.

 

Fərhad Məmmədov Orxan Zeynalovun həbs olunmasından sonra miqrantlarla bağlı keçirilən reydlərə və miqrasiya qanunlarını pozanların mütəmadi olaraq ölkədən deportasiya olunmasına da münasibət bildirib.

 

“Bu məsələyə fərqli baxılmalıdır. Hər bir insan öz güzəranını yaxşılaşdırmaq üçün qanunlara riayət etməlidir. Qanunlara riayət edilməsinə özü təşəbbüs göstərməlidir, öz həyatını yaxşılaşdırmaq üçün qanunla yaşamalıdır. Xüsusilə də xarici dövlətdə. Azərbaycan Respublikası öz vətəndaşlarının qayğısına qalır. Orxan Zeynalov hadisəsi bir daha göstərdi ki, bəli, cinayət törədilib, lakin istintaqın aparılması qanunlar çərçivəsində olmalıdır”.

 

Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun azərbaycanlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR