"Keçid dövründə dövlət quruculuğu" - KURS

# 13:18
30 oktyabr 2013

APA TV-nin xəbərinə görə, "Keçid dövründə dövlət quruculuğu" adlı kursda 20 əfqan dövlət rəsmisi iştirak edib.

 

ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, bu, Əfqanıstanda indiki mərhələdə dövlət quruculuğu, ümumən qeyri-dövlət təşkilatının yaradılması, ümumiyyətlə Əfqanıstanla bağlı problemləri müəyyən mənada həll etmək üçün kömək edən belə bir kursdur.

 

Onun sözlərinə görə, gələcəkdə də bu kimi kursların keçirilməsi davam etdiriləcək.

 

Oktyabrın 21-də başalayan və 9 gün davam edən təlim çərçivəsində iştirakçılara fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, medianın idarə edilməsi, keçid dövründə insan hüquqları, hökumət və ədalət sistemləri daxilində korrupsiya ilə mübarizə, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları və ekstremizmlə mübarizə kimi mövzular ətrafında təlimlər keçilib.

 

Kursun yekununda iştirakçılara sertifikatlar paylanıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR