Səhiyyə Nazirliyi ana və uşaq ölümlərinin səbəbini açıqladı

# 15:11
30 oktyabr 2013

Səhiyyə Nazirliyi ölkə ərazisində son zamanlar qeydə alınan ana və uşaq ölümlərinə münasibət bildirib.

APA TV-nin xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, ana və uşaq ölümləri ilə bağlı qeydə alınan faktlar Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyası tərəfindən mütəmadi olaraq araşdırılır. Burada xəstənin vəziyyəti, həkimlərin səhlənkarlığı və bu kimi digər məsələlərlə bağlı müəyyən yoxlamalar aparıldığından araşdırmalar uzun çəkir və müəyyən müddət tələb edir. Onun sözlərinə görə, ana ölümlərinin səbəbləri əsasən onların səhhətindəki qüsurlarla bağlıdır. Həkim səhvinin olması hələ ki, aşkarlanmayıb. Sonuncu baş verən 3-4 ana ölümü ilə bağlı da araşdırmalar gedir.

 

A.Qədirli qeyd edib ki, ana və uşaq ölümləri ilə bağlı Səhiyyə Nazirliyi il ərzində bir neçə dəfə həm telekanallar, həm də mətbuat vasitəsilə rəsmi açıqlamalar verib. Son statistik məlumatlara görə, ana ölümlərinin sayı artmayıb. Keçən il bu rəqəm 14 promil idisə, bu il də göstərici həmin rəqəmi keçməyib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR