Maşın DƏRƏYƏ AŞDI, iki gənc yaralandı

# 17:00
30 oktyabr 2013

Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA TV-nin xəbərinə gəröə, hadisə  Şəki-Qax  yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində Şin körpüsü yaxınlığında qeydə alınıb. Şəki şəhər sakini, 24 yaşlı Anar Bayramov idarə etdiyi “Hyundai” markalı 90 SN 706 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı dərəyə aşırıb.

Qəza nəticəsində sürücü Elman Bayramov və sərnişini, Zəngilan rayonundan olan məcburi köçkün, hazırda Bakı şəhərində yaşayan 26 yaşlı Pünhan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta stabil olduğu və müalicələrinin xəstəxanada davam etdiyi bildirilir.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR