Mərmərə Qrupu Vəqfinin sədri Bakıda

# 18:17
30 oktyabr 2013

Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suverin başçılığı ilə nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. APA TV-nin xəbərinə görə, Humanitar Forumda iştirak etmək məqsədi ilə Bakıya gələn Akkan Suver 15 il əvvəl bu gün məhz Heydər Əliyevin bu vəqfin fəxri rəhbəri seçildiyini deyib: "Humanitar Forum toplantısı dolayı ilə bu gün Bakıya gəldik. 15 ol öncə bizim fəxri başqanlığımızı qəbul edən Heydər Əliyevin məzarını ziyarət edib, sayğımızı ifadə etmək istədik".

 

Akkan Suver Azərbaycanda keçirilən əvvəlki iki humanitar forumlarda da iştirak etdiyini xatırladıb. O, bu gün və ya sabah insan dəyəri ilə bağlı çıxış edəcək.

 

Fəxri xiyabana gələn Mərmərə Qrupu vəqfi üzvləri akademik Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR