Bakının əsas prospektində ağır qəza! HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏ TIXAC YARANIB

# 18:53
30 oktyabr 2013

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Heydər Əliyev prospektində Zaur Abışovun idarə etdiyi "Ford tranzit" yük maşını Teymur Müslümova məxsus "Honda"  markalı avtomaşınla toqquşub. Qəza nəticəsində hər iki avtomabilə ciddi ziyan dəyib.

 

Qəza nəticəsində "Ford"dakı içki şüşələri ətrafa dağılıb. Nəticədə şirkətə ciddi ziyan dəyib. 

 

YPX-nin inspektoru Feyzulla Bağırov deyib ki, Zaur Abışovun idarə etdiyi "Ford" Teymur Müslümova məxsus "Honda" ilə toqquşub.

 

Sürücülər qəzadan xəsarətsiz xilas olublar. Faktla bağlı araşdırma aparılır.

 

Qəza prospektdə avtomobillərin intensiv hərəkəti zamanı baş verdiyindən yolda uzun tıxac yaranıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR