Süleyman Dəmirəl: "Azərbaycana gəlişim hər zaman sevindirici olub" - EKSKLÜZİV AÇIQLAMA

# 11:09
31 oktyabr 2013

Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl oktyabrın 30-u axşam saatlarında Azərbaycana gəldi. Süleyman Dəmirəli Heydər Əliyev Hava Limanında Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Türkiyə səfirliyinin və Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları qarşıladılar.

 

Süleyman Dəmirəl APA TV-yə açıqlamasında bildirdi ki, Azərbaycana gəlişi onun üçün hər zaman sevindirici olub. O vurğuladı ki, prezident İlham Əliyevin dəvəti ilə “Bakı Beynəlxalq Humanitar Forum”da iştirak etmək üçün ölkəmizə gəlib: "Bu gözəl insanlar bizim sevgi qardaşlarımızdır. Onlarla bərabər olmaq, bizə hər zaman zövq verir. Bu, uluslararası toplantıdır. Üçüncü dəfədir, keçirilir. Bütün dünya millətlərinə açıq bir toplantıdır .Yaxşılıq axtaran, dünyada barış, sülh istəyən bütün beyinlərin bir araya gəldiyi toplantıdır. Buna dəyərli qardaşım İlham Əliyev başçılıq edir. Mən ən birinci toplantıda gəlmişdim, İkinci toplantıda isə rahatsız olduğum üçün gələ bilmədim. Amma bu toplantıya gəlmək mənim üçün böyük bir sevincdir. Sizləri görməyə çox məmnun oldum".

 

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun iki qardaş ölkə arasındakı əlaqələrin gündən-günə inkişaf etdiyini və bu münasibətlərə Süleyman Dəmirəlin hər zaman tövhə verdiyini söylədi.

 

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin eks-prezidenti Süleyman Dəmirəlin forumda iştirak üçün Azərbaycana gəlməsini yüksək qiymətləndirdi: "Dəmirəlin qeyd etdiyi kimi, bu doğrudan da üçüncü "Beynəlxalq Humanitar Forum”dur. Bütün ölkələrin nümayəndələri üçün açıqdır. Amma bizə şərəf verib gələnlər içərisində hörmətli Süleyman Dəmirəlin xüsusi yeri var. Onun bura gəlməsi təkcə bu forum üçün yox, həm də Azərbaycanda bir bayramdır. Ona "xoş gəldin" deyirik. Mən əminəm ki, onun iştirakı forumun işinə rövnəq verəcək".

 

Üç gün davam edəcək forumda XXI əsrin ilk illərində dünya ölkələrinin qarşılaşdığı problemlərin müzakirə olunacağı gözlənilir.

 

Qeyd edək ki, Bakıda üç gün davam edəcək forumda XXI əsrin ilk illərində dünya ölkələrinin qarşılaşdığı problemlərin müzakirə olunacağı gözlənilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR