Ağsuda mal-qara oğruları həbs olundu!

# 11:25
31 oktyabr 2013

Qəbələ və Ağdam sakinləri Ağsuda mal-qara oğurlayıblar. APA TV-nin xəbərinə görə, Ağsu sakinləri Rayon Polis Şöbəsinə müraciət edərək iri və xırda buynuzlu mal-qaralarının naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bərdə rayonundakı heyvan bazarında Ağsu rayonundan oğurlanmış mal-qaranı satarkən 3 nəfərdən ibarət cinayətkar qrupun üzvləri yaxalanıb. Şübhəli şəxs qismində saxlanılan Ağdam rayonundan olan və Qəbələ rayonunda müvəqqəti məskunlaşan Sarıyev Nofəl Asəf oğlu və Qəbələ rayonu Bum qəsəbə sakinləri-Soltanov Şəhriyar Məlikmürşüd oğlu, Rəşidov Murad Müsənnif oğlu istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR