Bakıda SEKSUAL MANYAK ələ keçdi! - TƏFƏRRÜATLAR!

# 13:07
31 oktyabr 2013

Bakıda böyük rezonansa səbəb olan seksual manyak həbs edilib. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov məlumat verib. Onun sözlərinə görə, 32 yaşlı Hacıbaba Bayram oğlu Əhmədov tutularaq istintaqa cəlb edilib.

 

Bir neçə gün əvvəl Bakının Hövsan qəsəbəsində seksual manyakın peyda olması barədə polisə məlumat daxil olub. Həmin şəxs günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edib, şəkillərini çəkib. Həmin fakta görə, Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, təkrar törədildikdə) maddəsi ilə iş başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

 

Rayon prokurorluğundan isə APA TV-yə bildirilmişdi ki, Hacıbaba Əhmədovun hərəkətləri barədə Suraxanı rayon 30-cu polis bölməsinə 5 ərizə daxil olub. Ümumilikdə isə onun əməlindən 8 nəfər şikayət edib. Təqsirləndirilən şəxs Hovsan qəsəbəsində orta məktəbin həyətində var-gəl edərkən yaxalanıb. O, bölmədə dindirilən zaman seksual xarakterli hərəkətlər etdiyini etiraf edib. Əsasən qadınları arxadan qucaqladığını təsdiq edən Əhmədov ictimai nəqliyyat vasitələrində onların şəkillərini cəkdiyini təsdiqləyib.

 

Hacıbaba Əhmədovun son illər əsəb pozğunluğundan əziyyət çəkdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR